Ana Sehife » 2012 Oktyabr 9 » Zerkalo Klara-nin Heyati
14:22 Zerkalo Klara-nin Heyati | |
Zerkalo Klaranin Heyati: Azərbaycan qadini Klara Yusifzadə 1934-cü il təvəlüddür. Klara Yusifzadə Azərbaycanın tanınmış inqilabçısı Ağababa Yusifzadənin ailəsində doğulub. 3 yaşı olarkən atası represiya qurbanı olub. Vətən müharibəsi başlananda qardaşları cəbhəyə yollandıqdan sonra imkansızlıqdan cinayət aləminə düşüb. İlk dəfə həbsə girərkən 15 yaşı olub.Həyati çox keşməkeşli olub. Bir günləri Klaradan soruşurlarki, Azərbaycanda Oğru dünyasi, Oğru aləmi nə vaxt qurtardi? Onun cavabi isə belə olur: Dağli Cavanşir və Lotu Bəxtiyardan sonra bu aləm Azərbaycanda qurtardi. Zerkalo ləqəbi ona çox gözəl bir xanım olduğu üçün verilmişdir. Maraqlısı odur ki, arxivdə bütün sənədlərdə onun adı "KlaraYusifzadə Ağababa oğlu” yazılıb. Zerkalo Klara kişi qeyrətli qadın "Pristupnik” olub. Lotu Bəxtiyarın qadın cinayətkarlar və əsasən də Zerkalo Klara haqqında bir kəlmə sözü olub: Batya diyib ki, "Qadından Oğru olmaz".. Amma Pristupni Mirdə öz əməlləri ilə, zəhmətlərinə görə onları "Vorovixa" kimi qəbul ediblər! Zerkalo Klara 50-60-cı illərdə "Pəncəli Aslan” və "Paxan” ləqəbləriylə tanınan şəxslərin rəhbərlik etdiyi "banda”nın üzvü olub, həmin məhşur "banda” Azərbaycanın kriminal tarixində "Qara Volqa” kimi tanınıb. Ömrünün 32 ilini dəmir barmaqlıqlar arasında keçirən,Azərbaycan qadını olan "Zerkalo Klara" bu dəyərli etirafı etmişdir: "Qayıda bilmədim bu yoldan.Və indi bütün ötənləri dərindən araşdırdıqdan sonra bu nəticəyə gəlmişəm ki,Tanrının hər kəsə bircə dəfə bəxş etdiyi ömür yan keçdi məndən.Hədər,boş yerə xərcləndi.Hər halda bu,mənim qismətim imiş görünür.Qismətdən də qaçmaq mümkünsüz bir işdi". Ən sonda isə, üzümü bu gün cinayət aləmində ilk addımlarını atan gənclərə tutmaq istəyirəm. Mənim keçdiyim ömür yolundan ibrət dərsi götürün. Bu illərdə nə qazanmışdımsa da, axır başda hər şeyi uduzdum. Mənim çəkdiyim əzab - əziyyətləri heç kimə arzulamazdım. Gəlib bir ömrün sonuna çatmışam. Vallah, heç nə tapmadım. Nəyim vardı itirdim, canımı, gözlərimi, cavanlığımı... hamısını itirdim. Heç nə tapmadım... Arzum budur ki, ömrün qürubuna gəlib
çatanda, geri baxıb: "Heyf bu ömürdən, yan keçdi” deməyəsiniz. Hamınıza
xoşbəxtlik, səadət, azadlıq arzulayıram...” Həqiqətən çox dəyərli sözlərdir. | |
|
Şərhlər: 8 | |||||||
|