"Yeraz Nəriman" yenidən cəza çəkdiyi "zon"a qaytarıldı
Azərbaycanda məhkəmə hökmü ilə azadlığa buraxılan "Yeraz Nəriman” kimi tanınan kriminal avtoritet yenidən məhkum edilib
www.vorlar.clan.su saytının məlumatına görə, bir müddət əvvəl Daxili İşlər Nazirliyinin
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən ölkədən
qaçarkən sərhəddə tutulan Nəriman İbrahimovun işinə Bakı Apelyasiya
Məhkəməsində baxılıb. Bakı Apelyasiya Məhkəməsi Nizami Rayon
Məhkəməsinin N. İbrahimov barəsində cəzasının çəkilməmiş hissəsindən
şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında hökmünü ləğv edib.
Bununla da, N. İbrahimovun qalan cəzasını çəkmək üçün yenidən həbsxanaya
qaytarılıb. Bundan başqa, hazırda N. İbrahimovla bağlı DİN-in Baş
Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində daha bir cinayət işinin
istintaqı aparılır. Belə ki, bu ilin oktyabr ayında Bakının Qaraçuxur
qəsəbəsində yerləşən "Yağmur” şadlıq evində kriminal aləmlə əlaqəsi olan
bir qrup şəxsin toplantı keçirməsi barədə polisə əməliyyat məlumatı
daxil olub. DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi daxil
olan məlumat əsasında sözügedən şadlıq evində xüsusi əməliyyat keçirib.
Əməliyyat zamanı kriminal aləmlə əlaqəsi olan xeyli avtoritet
saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, saxlanılan avtoritetlər
adıçəkilən şadlıq evində N. İbrahimovun azadlığa buraxılmasını qeyd
etmək üçün toplanıblar. Onlar həmçinin bu toplantıda kriminal aləmlə
bağlı geniş müzakirələr aparacaqmışlar. Polisin keçirdiyi əməliyyat
avtoritetlərin planını pozub. Əməliyyat zamanı 30-dan çox kriminal
avtoritet həbs edilib. N. İbrahimov və daha bir neçə avtoritet isə
polisə müqavimət göstərərək hadisə yerindən qaçıblar. N. İbrahimov
sərhəddə saxlanılıb. Hadisədən dərhal sonra Ədliyyə Nazirliyi
Penitensiar Xidməti N. İbrahimov necə azadlığa çıxmasını araşdırıb.
Məlum olub ki, N. İbrahimovun vaxtından əvvəl azadlığa çıxmasında onun
cəza çəkdiyi müəssisənin rəisinin xüsusi rolu olub. Belə ki, Nizami
Rayon Məhkəməsi bu qərarı verərkən məhkumun cəza çəkdiyi 1 saylı
Cəzaçəkmə Müəssisəsinin rəisinin "müsbət rəy”inə əsaslanıb.
Araşdırmaların nəticəsi olaraq həmin müəssisəsinin rəisi tutduğu
vəzifədən azad edilib. Onu da qeyd edək ki, 1 saylı Cəzaçəkmə Müəssisəsi
hələ "sovet” dövründən "Qara zon” hesab olunub. Azərbaycandakı bu
müəssisə "oğru qanunları” ilə idarə olunan azsaylı həbsxanalardan
sayılıb. Kriminal aləmin bir çox avtoritetləri - "Masallı Mamed”,
"Yasamallı Yunis”, "Avto” ləqəbli gürcü avtoritet, "Nuruş” və digərləri
bu Cəzaçəkmə Müəssisəsində cəza çəkiblər.
AGALI YERAZ NERIMANIN ALLAH QAPISINI ACSIN BELE MENDE YERAZAM BRAT ALLAH CEMI DUSTAQLARIN QAPISNI ACSIN BILEN VRA HANSI ZONDADI MEN YAXSI OXUYA BILMEDIM QERT YOLLUYARDIQ BRATMIZA
Доброе время суток! Скажите купить, Ноутбук, или нетбук, или планшетный компьютер? Мне требуется для игр. С одной стороны нетбук удобнее, а с другой ноутбук быстрееhttp://tech-cold.net/ - ... Что лучше. желательно с конкретными примерами.
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Qeydiyyat | Giris ]