Bakıda bacılarını zorlayan oğlan həbs edilib.
Hüquq-mühafizə orqanlarından vorlar.clan.su-ya
verilən məlumata görə, paytaxtın Binəqədi rayonunun sakinləri olan
yeniyetmə qız V.M kiçik bacısı, 10 yaşlı T.M ilə polis idarəsinə gəlib.
Hər iki bacı polisə bildirib ki, xeyli müddətdir ki, böyük qardaşları
A.M-nın cinsi zorakılığına məruz qalırlar.
Məlumata görə, A.M kiçik bacıları ilə xeyli müddətdir, zorla cinsi
münasibətdə olurmuş. 10 yaşlı T.M bildirib ki, 2012-ci ildə qardaşı
onunla iki dəfə qeyri-təbii yolla cinsi münasibətdə olub, sonuncu dəfə
isə A.M 10 yaşlı bacısını bu il yanvar ayının 26-da zorlayıb və bu dəfə
onlar təbii yolla cinsi münasibətdə olublar. Həmin gün 10 yaşlı qızın
bəkarəti də pozulub və o, böyük bacısı V.M-ya bu haqda danışıb. Bu vaxt
məlum olub ki, A.M digər bacısı V.M-nı da vaxtaşırı, evdə kimsə
olmadıqda zorlayırmış. Yeniyetmə bacılar dərhal polisə müraciət ediblər.
Onlar polisə müraciət edərkən özləri ilə telefonla çəkilmiş
videogörüntünü də təqdim ediblər. Həmin kadrlarda A.M-nın öz doğma
bacısını zorladığı açıq-aşkar görünür. O da məlum olub ki, A.M
bacılarını zorlayarkən bunu telefon vasitəsilə lentə alırmış və bacısı
V.M bu kadrları qardaşının telefonundan özününkünə köçürməyi bacarıb.
Məlumat daxil olandan dərhal sonra polis əməliyyat-istintaq tədbirləri
həyata keçirib. Hər iki bacı ekspertizaya göndərilib. A.M isə polis
tərəfindən saxlanılıb. İlkin dindirmələrdən sonra onun hər iki bacısını
zorlaması təsdiqini tapıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 150.2.3 (seksual xarakterli
zorakılıq hərəkətləri, təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına
çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi
başlanılıb.
Araşdırmalar davam etdirilir.