Ana Sehife » 2012 » Dekabr » 6 » Azərbaycanlı killer “Axsaq Nazim”
20:44
Azərbaycanlı killer “Axsaq Nazim”


Kriminal aləmdə "Axsaq Nazim” ləqəbi ilə tanınan şəxs ötən həftə Moskva polisi tərəfindən saxlanılıb. Gəncə şəhər sakini, 1969-cu il təvəllüdlü Nazim Cəmil oğlu Hümbətov 2008-ci ildən axtarışda olub. Moskva polisinin məlumatına əsasən, saxlanılan şəxs Rusiya paytaxtında və Peterburqda sifarişli qətllər törətmiş beynəlxalq mütəşəkkil cinayətkar qruplaşmanın üzvü olub.

Ötən saylarımızın birində "Axsaq Nazim”in Azərbaycan hüquq-mühafizə orqanlarında çalışan generalla əlaqələrinin olduğu haqda yazmışdıq. Bu məsələ ilə bağlı redaksiyamıza yeni məlumatlar daxil olub: "Axsaq Nazim”lə yaxın münasibəti olan general Baş Prokurorluğun idarə rəisidir. Həmin generalla "Axsaq Nazim”in sıcaq münasibəti  yaxın keçmişdə yaranıb. Belə ki, generalın Moskvada 2 qardaşı qətlə yetiriləndən sonra o, "Axsaq Nazim”lə özü  münasibət yaradıb. Həmin vaxt "Axsaq Nazim” Azərbaycanda həbsxanada cəza çəkib və cəzasının bitməsinə xeyli vaxt qalıb. İdarə rəisi ona vaxtı bitmədən azadlığa çıxması və pasport əldə edərək Rusiyaya getməsinə şərait yaradıb. Bunun əvəzində qardaşlarının qatillərinin öldürülməsini tapşırıb. "Axsaq Nazim”in öldürdüyü şəxslər də həmin idarə rəisinin qardaşlarının qatilləri və qətlin sifarişçiləridir".


Qaynağımız bugünlərdə həmin idarə rəisinin "Axsaq Nazim”ə tanınmış kriminal avtoritetin qohumu vasitəsilə ismarış yolladığını da açıqlayıb: "Killerdən verəcəyi ifadələrdə adının çəkilməməsini xahiş edib. Bunun əvəzində ona külli miqdarda pul ödəyəcəyini vəd edib”.
Rusiya mətbuatı yazıb ki, "Axsaq Nazim” 2002-ci ildə Moskvanın Odinsovo vilayətinin 4 sakinini qətlə yetirib. Onun bütün qurbanları Rusiyada restoran və fərdi bizneslə məşğul olan azərbaycanlılar olub. "Həmin biznesmenlərin qətllərini sifariş edənlər də azərbaycanlılar olub”-deyə, Rusiya nəşrlərində xüsusi olaraq vurğulanır.
Qeyd olunur ki, N.Hümbətov ilk dəfə 1995-ci ildə ilişib. Zelenoqrad şəhərində Anastasiya Serdyukova adlı yeniyetməni girov götürən dəstə üzvlərini milis ələ keçirə bilib. Amma onlar həbsdə çox oturmayıblar. Hakim və prokuror ələ alınıb və onlar azadlığa çıxıblar. "Həbsdən çıxan Hümbətov tezliklə Məsimov qardaşları ilə tanış olur. Məhz bu qardaşların sifarişi ilə İrandan Rusiyaya narkotik qaçaqmalçılığı ilə məşğul olur. Məsimovlar sonradan ona başqa sifarişlər verməyə başlayırlar. Onların sifarişi ilə Hümbətov öz həmyerlilərini Hüseynov və Şamilov soyadlı iş adamlarını aradan götürür. Bundan sonra ”Axsaq Nazim" yenə sifarişlə iş adamları 44 yaşlı Əziz İsmayılovu və Kamil Kaştayevi güllələyib. Kriminal avtoritet Füzuli Hüseynovu öldürmək cəhdi isə alınmayıb. Füzuli 5 güllə yarası alsa da sağ qalıb. N.Hümbətov bundan sonra kriminal avtoritet Aslan Usoyanın ("Ded Xasan”) şəxsi katibi İlqar Cəbrayılovu öldürüb. Usoyan Cəbrayılovun məhz "Axsaq Nazim” tərəfindən öldürüldüyünü bilib. "Ded Xasan”ın duyuq düşdüyünü hiss edən N.Hümbətov konspriativ bir mənzildə, özü də uzun müddət gizlənib. Elə həmin mənzildəcə ələ keçib.
Sonuncu sifarişi N.Hümbətova məhz azərbaycanlı generalın verdiyi güman olunur.


Baxilib:: 2141 | Müəllif:: Iko_Bakinskiy | Teqler: Axsaq Nazim, Azərbaycanlı killer “Axsaq Nazim”, Azərbaycanlı killer | Reytinq: 0.0/0
Şərhlər: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Qeydiyyat | Giris ]