Ana Sehife » 2012 » Oktyabr » 9 » Zerkalo Klara-nin Heyati
14:22
Zerkalo Klara-nin Heyati


Zerkalo Klaranin Heyati:

Azərbaycan qadini Klara Yusifzadə 1934-cü il təvəlüddür.
Klara Yusifzadə Azərbaycanın tanınmış inqilabçısı Ağababa Yusifzadənin ailəsində doğulub. 3 yaşı olarkən atası represiya qurbanı olub. Vətən müharibəsi başlananda qardaşları cəbhəyə yollandıqdan sonra imkansızlıqdan cinayət aləminə düşüb. İlk dəfə həbsə girərkən 15 yaşı olub.Həyati çox keşməkeşli olub.
Bir günləri Klaradan soruşurlarki, Azərbaycanda Oğru dünyasi, Oğru aləmi nə vaxt qurtardi?
Onun cavabi isə belə olur: Dağli Cavanşir və Lotu Bəxtiyardan sonra bu aləm Azərbaycanda qurtardi.
Zerkalo ləqəbi ona çox gözəl bir xanım olduğu üçün verilmişdir. Maraqlısı odur ki, arxivdə bütün sənədlərdə onun adı "KlaraYusifzadə Ağababa oğlu” yazılıb. Zerkalo Klara kişi qeyrətli qadın "Pristupnik” olub. Lotu Bəxtiyarın qadın cinayətkarlar və əsasən də Zerkalo Klara haqqında bir kəlmə sözü olub: Batya diyib ki, "Qadından Oğru olmaz".. Amma Pristupni Mirdə öz əməlləri ilə, zəhmətlərinə görə onları "Vorovixa" kimi qəbul ediblər! Zerkalo Klara 50-60-cı illərdə "Pəncəli Aslan” və "Paxan” ləqəbləriylə tanınan şəxslərin rəhbərlik etdiyi "banda”nın üzvü olub, həmin məhşur "banda” Azərbaycanın kriminal tarixində "Qara Volqa” kimi tanınıb.

Ömrünün 32 ilini dəmir barmaqlıqlar arasında keçirən,Azərbaycan qadını olan
"Zerkalo Klara" bu dəyərli etirafı etmişdir:
"Qayıda bilmədim bu yoldan.Və indi bütün ötənləri dərindən araşdırdıqdan sonra bu nəticəyə gəlmişəm ki,Tanrının hər kəsə bircə dəfə bəxş etdiyi ömür yan keçdi məndən.Hədər,boş yerə xərcləndi.Hər halda bu,mənim qismətim imiş görünür.Qismətdən də qaçmaq mümkünsüz bir işdi".

Ən sonda isə, üzümü bu gün cinayət aləmində ilk addımlarını atan gənclərə tutmaq istəyirəm. Mənim keçdiyim ömür yolundan ibrət dərsi götürün. Bu illərdə nə qazanmışdımsa da, axır başda hər şeyi uduzdum. Mənim çəkdiyim əzab - əziyyətləri heç kimə arzulamazdım. Gəlib bir ömrün sonuna çatmışam. Vallah, heç nə tapmadım. Nəyim vardı itirdim, canımı, gözlərimi, cavanlığımı... hamısını itirdim. Heç nə tapmadım...
Arzum budur ki, ömrün qürubuna gəlib çatanda, geri baxıb: "Heyf bu ömürdən, yan keçdi” deməyəsiniz. Hamınıza xoşbəxtlik, səadət, azadlıq arzulayıram...”
Həqiqətən çox dəyərli sözlərdir.








Baxilib:: 8821 | Müəllif:: Iko_Bakinskiy | Teqler: ogru, Klara, Zerkalo Klara, vorovka, Zerkalo Klara-nin Heyati, Klara Yusifzadə, Zerkalo | Reytinq: 2.2/6
Şərhlər: 8
0  
8 bakılı   (12.11.2013 17:29) [Melumat]
Allah rəhmət eləsin Klaranı.İndi az az belə qadın tapılır, neyniyəsən .Azərbaycanqadınları kişi qeyrətdidir həm qüclüdülər həmdə ağillı Amma hər yerin öz yaxşısı pisi var

0  
7 Bakinec   (28.04.2013 15:19) [Melumat]
Allah rehmet elesin

0  
5 ija   (18.04.2013 15:00) [Melumat]
kiminse heyatinda olanlari bilmeden , muzakire etmek yanlish  hereketdi, men bu sehifeni oxuyub ve burada olan video rolike baxdiqdan sonra sanki shoka dushdum ve inanin Klara dunyasini deyishsede bele ona hormetim cox artdi, mence indi bele merd qadinlar azdi( belkede hec yoxdu)

0  
4 Serdar Yusifzade   (15.04.2013 06:29) [Melumat]
Allah Rehmet Elesun !!!

0  
3 Serdar   (15.04.2013 06:28) [Melumat]
Allah Rehmet elesun

0  
2 ija   (29.03.2013 15:11) [Melumat]
ALLAH REHMET ETSIN

0  
1 ika Karabaxski   (29.01.2013 05:21) [Melumat]
ALLAH rehmet elesun Shexsen taniyirdim zor ARvad idi..

0  
6 ija   (18.04.2013 15:01) [Melumat]
MENDE COX ISTERDIM  BELE YAXINDAN TANIYAM (( EFSUSLAR MUMKUN DEYIL(

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Qeydiyyat | Giris ]