Ana Sehife » 2013 » Mart » 28 » “Qoçu“ ləqəbli avtoritet yenidən həbs edildi
20:23
“Qoçu“ ləqəbli avtoritet yenidən həbs edildi


"Qoçu" ləqəbli avtoritet yenidən həbs edildi

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə,  Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində Gəncə şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş, cinayətkar aləmdə "Qoçu" ləqəbi ilə tanınan Qoca Quliyev martın 28-də saxlanılıb.
 
Üzərinə baxış zamanı ondan sandıqçasında 5 ədəd patronu olan "TT" markalı tapança aşkar edilərək götürülüb.
 
Faktla bağlı araşdırma aparılır. 
 
Qeyd edək ki, 2010-cu il sentyabrın 1-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Qoca Quliyev
2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Dövlət ittihamçısı isə Qoca Quliyevin 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qoca Quliyev 2009-cu il noyabrın 4-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs edilib. Onunla birlikdə bir neçə nəfər də həbs edilib. "Qoçu” ləqəbli Qoca Quliyevin başçılıq etdiyi mütəşəkkil dəstə əvvəl Gəncədə bir neçə vəzifəli şəxslər də daxil olmaqla vətəndaşlardan şantaj və hədə-qorxu yolu ilə külli miqdarda pul mənimsəməkdə ittiham olunub. Lakin Qoca Quliyev istisna olmaqla digər şəxslər azadlığa buraxılıb. Qoca Quliyevə isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Baxilib:: 1501 | Müəllif:: Iko_Bakinskiy | Teqler: Qoçu, “Qoçu“ ləqəbli avtoritet yenidən hə | Reytinq: 0.0/0
Şərhlər: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Qeydiyyat | Giris ]