Ana Sehife » 2013 » Mart » 28 » Qanuni Ogru Rafiq Masallinskiy hebs edildi
01:28
Qanuni Ogru Rafiq Masallinskiy hebs edildi


Daxili İşlər Nazirliyi "kriminal avtoritet" kimi tanınan Rafiq Eyvazovla bağlı rəsmi məlumat yayıb.


Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı rayon sakini, əvvəllər məhkum olunmuş, cinayətkar aləmdə "kriminal avtoritet" kimi tanınan Rafiq Eyvazov martın 27-də paytaxtın Nəsimi rayonu ərazisində saxlanılıb. Üzərinə baxış zamanı ondan sandıqçasında 5 ədəd patron olan "Makarov" tipli tapança aşkar edilərək götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Rafiq Eyvazovun cinayətkar əlaqələrinin və qanunsuz olaraq əldə etdiyi odlu silahın mənbəyinin müəyyən olunması istiqamətində istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Baxilib:: 2937 | Müəllif:: Iko_Bakinskiy | Teqler: Qanuni Ogru Rafiq Masallinskiy hebs, kriminal avtoritet kimi tanınan Raf, Rafiq Masallinskiy, Rafiq Eyvazov | Reytinq: 3.5/2
Şərhlər: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Qeydiyyat | Giris ]