Ana Sehife » 2012 » Sentyabr » 30 » Masalli Mamed-in həyati
16:08
Masalli Mamed-in həyati


Masalli Mamedin həyati !

Məmməd Hüseynov 4 noyabr 1961-ci ildə Masalli şəhərində anadan olub.Məmməddən başqa evdə dörd qardaş və iki baci böyüyüb.Məmməd evin böyüyü olub.Uşaqliqda çox davakar uşaq olub.Orta məktəbi başa vurandan sonra gənc Məmməd ali məktəbə daxil olmaq istəyib.Amma təsadüfi bir cinayət onun bütün həyatını dəyişib.Həbslər,həbsxanala
r,saysız-hesabsız yataqlar
1978-ci ildə 18 yaşı tamam olmuş Məmməd Hüseynov Masallıda milis işçisini vurur. Məhkəmə onu bir neçə il müddətinə azadlıqdan məhrum edir və cəzasını çəkmək üçün Şuşada yerləşən və İttifaqın ən sərt rejimi ilə seçilən qapalı tipli həbsxanasına göndərir.Burda tale yenə Məmmədi sərt sınağa çəkir.Dustaqlardan biri yoldaşlarını rəhbərliyə tez-tez " satdığına ” görə,Məmməd dözmür,onu öldürür.Bundan sonra o dövrün qanunlarına görə,Məmmədi ölüm hökmü də gözləyə bilərdi.Bu İkinci hadisə olur.Məmməd 15 il iş alır.Onu güllənmə hökmündən güclə xilas etmək olur.
Məmməd artiq kriminal aləmdə " Masalli Mamed " kimi taninirdi.Bu dəfə Mamed cəzasını Azərbaycanda çəkmir.Onu Qroznıya,Şuşadakından da betər həbsxanaya göndərirlər.Mamed bir sıra nüfuzlu oğrularla tanış olur.Xüsusən də gələcəyin iki Qanuni Oğrusu Mamed və Dağlı Cavanşirin dostluğu burdan başlayır.Masallı Mamed 1990-cı ildə azadlığa çıxır.Həmin vaxt o,artıq keçmiş SSRİ ərazisində kriminal aləmdə ən nüfuzlu şəxslərdən idi.Amma"Qanuni Oğru"deyildi. 1994-cü ildə " Masallı Mamed ” Moskvada yenidən həbs edilir.Moskvadakı " Nessi ” ticarət yarmarkasında əməliyyat keçirən xüsusi təyinatlılar onun üzərindən heroin tapıldığını iddia edirlər.Amma bu həbs müddəti də çox çəkmir.Mamed tezliklə azadlığa çıxır.1995-ci ildə Masalli Mamed "Qanuni Oğru" adini alir.2006-ci ildə Rusiyada Hikmət Muxtarovun ölümündən sonra Azərbaycan kriminal qruplaşma bərk sarsinti keçirir,hətta qruplaşma daxilində parçalanmalar yaranir.Amma Mamed " Böyük Qardaş" statusundan istifadə edərək onlari toparlaya bilir.Mamed 2009-cu ildə Azərbaycana qayidir.Yaxın qohumunun yas mərasimində iştirak etmək üçün Masallıya gəlir.Amma çox keçməmiş 3 il azadliqdan məhrum edilir.Cəzasını çəkmək üçün 1 saylı cəzaçəkmə müəssisəsinə göndərilir.Amma çoxsaylı həbslər öz işini görmüşdü. " Masallı Mamed "in səhhətində ciddi problemlər yaranmışdı. Əcəl ona 2011-ci il mart ayinin 21-i yaxalayır.Saat 14 radələrində səhhəti qəfil pisləşir.Həkimlər nə qədər cəhd etsələr də artıq gec olur.Mərhumun həyatını xilas etmək mümkün olmur.Beləcə,Masallıda atasi İsgəndər kişinin evindən başlayan ömür 1-ci kolonda başa çatır.
Allah rəhmət eləsin!
..




Baxilib:: 2818 | Müəllif:: Iko_Bakinskiy | Teqler: Masalli Mamed, Masalli Mamed-in həyati | Reytinq: 3.0/2
Şərhlər: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Qeydiyyat | Giris ]