Ana Sehife » 2012 » Avqust » 6 » İki məşhur avtoritetin “razborka” məkanı məlum oldu
15:00
İki məşhur avtoritetin “razborka” məkanı məlum oldu



Oğru dünyasının diqqəti Bakıya yönəlib

Avqustun 13-də Rövşən Lənkəranski ilə Qocanın "razborkası” olacaq; "Min bir gecə”dəki qətlin əsl səbəblərini aydınlaşacaq.
 
Avqustun 13-də Moskvada öldürülən məşhur azərbaycanlı avtoritet killer Donqayev Abdul İzzət oğlunun 40 mərasimi keçiriləcək. www.vorlar.clan.su-ya verilən xəbərə görə, mərasimdə Rusiyadan çoxsaylı kriminal avtoritetin iştirakı gözlənilir. Məlumatda bildirilir ki, onların Bakıya gəlməkdə əsas məqsədi cinayət aləminin 2 nəhəngi - Rövşən Lənkəranski ilə avtoritet Qocanın arasındakı anlaşılmazlıqlara bir çarə tapmaqdır. Rusiya kriminal dünyasından sızan xəbərlərə görə, əslində, "Min bir gecə” istirahət mərkəzində Ramal Bayramovun öldürülməsi təsadüfi hadisədir. Avtoritetlər arasındakı "razborkanın” kökündə tamamilə başqa məsələ durur. Belə ki, "Min bir gecə” istirahət mərkəzinin qonşuluğunda digər populyar istirahət mərkəzi olan "Dostluq” əyləncə mərkəzi yerləşir. Oranın sahibi isə cinayət aləminin avtoriteti Xanlar adlı şəxsdir. Avtoritet Xanlar 3 il əvvəl həbsxanadan azad edilib. Onun cinayət aləmində "qanuni oğru” kimi tanınan Mir Seymurla yaxın münsibətləri olub. İndi isə o, "qanuni oğru” Qocanın çevrəsindədir. Məhz məsələnin kökündə bu iki populyar istirahət mərkəzinin rəqabəti durur. Qeyd edək ki, avqustun 13-dəki 40 mərasiminə gələcək cinayət aləminin ən nüfuzlu şəxsləri Rövşən Lənkəranski ilə Qocanın "razborkasının” məhz "Dostluq” istirahət mərkəzində araşdırılacağı gözlənilir.

Baxilib:: 3318 | Müəllif:: Iko_Bakinskiy | Reytinq: 3.0/8
Şərhlər: 1
0  
1 ika Karabaxski   (29.01.2013 05:28) [Melumat]
Xanlar getdi sroka.. ALLAH qapisin achsin

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Qeydiyyat | Giris ]