Ana Sehife » 2012 » Noyabr » 2 » Azərbaycanlı “qanuni oğru” Ukraynadan deportasiya edildi
00:58
Azərbaycanlı “qanuni oğru” Ukraynadan deportasiya edildi


Rusiya vətəndaşı olan azərbaycanlı "qanuni oğru”, "Vaxa Baxış” ləqəbli Baxış Əliyev Ukraynadan deportasiya edilib. www.vorlar.clan.su-nun Ukrayna KİV-ə istinadən verdiyi məlumata görə, Əliyevə 3 il müddətinə Ukraynaya gəlmək yasaq olunub.

Məlumata görə, 38 yaşlı "qanuni oğru” oktyabrın 25-də Kiyevə gəlib. Ukrayna hüquq-mühafizə orqanlarına sızan məlumata görə, "Vaxa Baxış” paytaxt Kiyevdə bir sıra ticarət nöqtələrini nəzarətə götürmək üçün gəlibmiş və bu məqsədlə yerli avtoritetlərlə görüş keçirməliymiş.


Əliyev saxlanılarkən polis nəfərlərini təhqir etdiyinə görə, üç sutka müddətinə həbs edilib.


Həbsdən çıxandan sonra isə Ukraynada cinayət törədib-törətmədiyi aydınlaşandan sonra dərhal ölkədən deportasiya edilib.


Məlumata görə, Baxış Əliyev Gürcüstanda anadan olub, bir müddət Bakıda yaşayıb, sonra isə Rusiyaya köçərək orda vətəndaşlıq alıb. Bir neçə il əvvəl oğru "sxodkası”nda "qanuni oğru” adını alıb.

Baxilib:: 3495 | Müəllif:: Iko_Bakinskiy | Teqler: “Vaxa Baxış” ləqəbli Baxış Əliyev U, Azərbaycanlı “qanuni oğru” Ukraynad | Reytinq: 1.0/1
Şərhlər: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Qeydiyyat | Giris ]