Ana Sehife » 2014 » Yanvar » 7 » Azərbaycanda ana fahişəliklə məşğul olan qızını bıçaqladı
21:01
Azərbaycanda ana fahişəliklə məşğul olan qızını bıçaqladı

Gəncədə baş vermiş bıçaqlanma hadisəsinin təfərrüatları məlum olub. 

Gəncə şəhərinin Nizami rayonu ərazisində yaşayan Mehriban Cəlilova qızı 20 yaşlı İlahə Cəlilovanı münaqişə zəminində bıçaqlayıb.

Araşdırmalar nəticəsində məlum olub ki, M.Cəlilovaya qızının fahişəliklə məşğul olması barədə məlumat veriblər. Qadın bir neçə gün özü ilə birlikdə yaşayan qızını izləyib. 

Dünən axşam saatlarında evə qayıdan gənc qızın anası onu sorğu-suala tutub. Anası qızından gəzən söz-söhbətə aydınlıq gətirməsini istəyib. 20 yaşlı İ.Cəlilova da pul müqabilində müxtəlif şəxslərlə görüşdüyünü təsdiq edib. Bundan sonra əsəblərinə hakim ola bilməyən qadın doğma qızını bıçaqlayaraq onu qanına qəltan edib.

Qarnının kəsilmiş-deşilmiş yarası diaqnozu ilə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına daxil olan İ.Cəlilovanın vəziyyəti orta-ağırdır.

Baxilib:: 1350 | Müəllif:: Iko_Bakinskiy | Reytinq: 0.0/0
Şərhlər: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Qeydiyyat | Giris ]